`İranda dövlət xalqın tələblərinə laqeyd yanaşır` - Erməni deputat


17:06     04 Yanvar 2018 abrahamyan.jpg

İran parlamentinin erməni deputatı Jorqik Abrahamyan ölkədəki etirazlarla bağlı danışıb.


Femida.az xəbər verir ki, İran mətbuatına danışan millət vəkili hökuməti xalqla açıq və dürüst dialoqa çağırıb:

“Dövlət xalqın ədalətli tələblərinə qarşı laqeyd davranır. İrandakı erməni icmalarına səslənirəm. Öz təhlükəsizliyiniz üçün iğtişaşlardan uzaq durun. Xalq hakimiyyətə, hakimiyyət xalqa güvənməlidir. Dərhal xalqla açıq və vicdanlı dialoqa başlanmalıdır. Ölkədə sülhü bu cür bərpa etmək olar. Etiraz aksiyaları çoxşaxəlidir. Vəziyyətdən istifadəyə cəhd göstərənlər qanunsuz davrananlardır. Əminəm ki, vəziyyət tezliklə həll ediləcək”.

Amin

Femida.az

Açar sözlər:

Oxunub: 1402